
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar
Azərbaycan Respublikasında məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Azərbaycan Respublikasında məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Bu barədə Gundem.today-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə qəbul edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya" ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, onların beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun tətbiqi və inkişafıdır. Bu institut məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, xidmətlərə çıxış imkanlarını genişləndirəcək, işlərə baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə töhfə verəcək.
Məlumata əsasən, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların tətbiqinə və beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.
Nazirlikdən vurğulanıb ki, özəl məhkəmə ekspertləri ilə dövlət ekspertlərinin hüquq və vəzifələri, eləcə də məsuliyyəti eyni hüquqi çərçivə əsasında tənzimlənəcək. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin və qərəzsizliyinin təmin olunmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun 11-ci maddəsinə əsasən, özəl məhkəmə eksperti olmaq istəyən şəxslər müvafiq ixtisas üzrə azı 10 illik iş təcrübəsinə malik olmalı və ya elmi dərəcə və ya beynəlxalq səviyyədə tanınmış sənədlərlə xüsusi biliklərini təsdiq etməlidirlər.
Həmin beynəlxalq sənədlərin siyahısının Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli qərarı ilə təsdiq edildiyi, siyahıda olmayan sənədlər üzrə isə əlavə qiymətləndirmənin mümkün olduğu qeyd edilib.
Bildirilib ki, namizədlər üçün məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericilik, ekspert rəyinin hazırlanması qaydaları və etik davranış normalarını əhatə edən icbari təlim, həmçinin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə müsahibə mərhələsi nəzərdə tutulur.
Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız bundan sonra onların ekspert kimi fəaliyyəti mümkün olacaq.
Məlumatda o da vurğulanıb ki, fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri qanunvericiliklə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının aparılması üçün həm dövlət ekspertizası qurumlarına, həm də özəl ekspertlərə müraciət edə bilərlər. Bu xidmətlər tərəflər arasında bağlanan müqavilə əsasında və sifarişçinin vəsaiti hesabına həyata keçiriləcək.
Qeyd edilib ki, müqavilə çərçivəsində ekspertlər bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıdıqları barədə məlumatlandırılırlar və bu hal onların imzası ilə təsdiqlənir.
Nazirlikdən bildirilib ki, həyata keçirilən islahatların əsas məqsədi müasir, şəffaf, çevik və etibarlı məhkəmə ekspertizası sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv təmin olunmasıdır.
Sonda qeyd olunub ki, konsepsiyaya uyğun olaraq, artıq bu il özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması nəzərdə tutulur və bu istiqamətdə mərhələli inkişaf, metodiki və təşkilati dəstək, həmçinin ictimai etimadın artırılması üçün kompleks tədbirlər həyata keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSeymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.
CəmiyyətAZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər - VİDEO
Aprelin 29-da "AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lerida şəhərinə yola salınıb.
CəmiyyətKomitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI - FOTO
"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır".
CəmiyyətAğsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.