
Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI - FOTO
"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır".
"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır".
Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, bəzən anbarlardakı mallar illər boyu sahibsiz qalır:
"Onu gətirən adam bəzən həmin məhsula nə marağı olur, nə də özününkü hesab edir. Həmin maldan imtina edir. Bunun isə hüquqi proseduru olmur. Beləliklə mallar 5-6 il sahibsiz qalır, köhnəlir, xarab olur. Nəticədə gömrük orqanlarının resursları sərf olunur, xərcləri çoxalır. Ona görə də 180 gündən sonra məhkəməyə müraciət olunur və malın aqibəti müəyyənləşir. Hansı formada qərar qəbul ediləcəksə, ona uyğun addımlar atılacaq".
Xatırladaq ki, layihəyə görə, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSeymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.
CəmiyyətAZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər - VİDEO
Aprelin 29-da "AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lerida şəhərinə yola salınıb.
CəmiyyətAğsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətAzərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar
Azərbaycan Respublikasında məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.