Son dəqiqə
İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlərAvropa liderlərindən sərt mesaj: Müdafiə hazırlığı sürətləndirilməlidirAzərbaycan-Latviya sənədləri mübadilə edilibUNEC-in professoru vəfat edib - FOTOAzərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTOABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər? - FOTO
Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər? - FOTO
İqtisadiyyat

Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər? - FOTO

Dünən
10:52
0 baxış
Paylaş:

"2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir".

"2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir".

Gundem.today xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib:

"Həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə isə 6.6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. Dərman peraparatlarının istehlakında artımlar tələb ilə yanaşı, qiymətin də yüksəlməsi ilə əlaqədardır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Ərzaq_məhsulları#Əczaçılıq#Vüqar_Bayramov

Oxşar Xəbərlər

Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindiİqtisadiyyat

Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi

Bu ilin 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 689.3 milyon ABŞ dolları, daxili dövlət borcunun səviyyəsi isə 16 milyard 492.9 milyon manat təşkil edib.

Bu gün
12:330
İlin ilk üç ayında dövlət büdcəsinin XƏRCLƏRİ VƏ GƏLİRLƏRİ AÇIQLANDIİqtisadiyyat

İlin ilk üç ayında dövlət büdcəsinin XƏRCLƏRİ VƏ GƏLİRLƏRİ AÇIQLANDI

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 598.6 milyon manat, xərcləri 7 milyard 817.1 milyon manat olub.

Bu gün
12:240
Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıbİqtisadiyyat

Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb

Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.

Bu gün
12:180
Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDIİqtisadiyyat

Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə NÖQSANLAR AŞKARLANDI

Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlayıb.

Bu gün
11:280