Son dəqiqə
Təhsil sektorunun müdiri İŞDƏN ÇIXARILDI - FOTOMaliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTOMaliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDUMaliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb
Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb
İqtisadiyyat

Dövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb

Bu gün
12:18
0 baxış
Paylaş:

Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.

Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Dövlət auiditi" bülletenində yer alıb.

Qeyd olunub ki, bu məqsədlə mərkəzləşdirilmiş şəkildə 2023-cü ildə 24.3 mln. manat, 2024-cü ildə isə 27 mln. manat məbləğində vəsait istifadə olunub.

Bundan əlavə, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üzrə bəzi təşkilatların fərdi xərclər smetasında proqnozlaşdırılan 2023-cü ildə ümumilikdə 18 təşkilat üzrə 17.3 mln manat, 2024-cü ildə isə 20 təşkilat üzrə 19.1 mln. manat məbləğində vəsaitin icrası da araşdırılıb.

Təhlil daşınmaz əmlakın icbari sığortası üzrə 117 təşkilatı, nəqliyyat vasitələrinin icbari sığortası üzrə isə 178 təşkilatı əhatə edib. Eyni zamanda, müvafiq məlumatların əldə edilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına və sığorta təşkilatlarına da sorğular ünvanlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş 2023-2024-cü illər ərzində ünvanlı dövlət sosial yardımı almış aztəminatlı ailələr və onların mülkiyyətində olan daşınmaz əmlaklar (yaşayış sahələri) barədə məlumatlara əsasən 2023-cü ildə ünvanlı dövlət sosial yardımı almış şəxslərə məxsus 19 344 ədəd daşınmaz əmlak, 2024-cü ildə isə 16 925 daşınmaz əmlak olduğu halda və dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası məqsədi ilə vəsait nəzərdə tutulmasına baxmayaraq, aztəminatlı ailələrin əmlakı sığortalanmamışdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq qərara əsasən, sığorta haqları əvvəlcədən deyil, yalnız icbari sığorta müqaviləsi bağlandıqdan və bu barədə hesabat forması Mərkəzi Banka təqdim edildikdən sonra ödənilir. Lakin, bu yanaşma icbari sığorta müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün sığorta haqqının əvvəlcədən ödənilməsini tələb edən qanunvericiliyin ümumi müddəaları ilə ziddiyyət təşkil edib. Nəticə etibarilə, mövcud qanunvericilik aktları və Nazirlər Kabinetinin qərarı arasında hüquqi uyğunsuzluq mövcud olmuş, bu da aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortalanması ilə bağlı sığorta haqqının ödənişində hüquqi tənzimləməyə baxılması zərurətini meydana çıxarıb.

Mərkəzi Bankının statistik məlumatlarına əsasən 2023-cü ildə ölkə üzrə daşınmaz əmlakın icbari sığortası üzrə hesablanmış sığorta haqlarının ümumi həcmi 78 milyon 201.5 min manat, sığorta ödənişlərinin məbləği isə 5 milyon 726.5 min manat təşkil edib. 2024-cü ildə sığorta haqlarının məbləği 82 milyon 699 min manat, sığorta ödənişləri isə 3 milyon 310 min manat olub. Qeyd olunan statistik məlumatlar ümumi qaydada dövlət və qeyri-dövlət sektorlarını əhatə etməklə təqdim edilib.

Təhlil çərçivəsində həmin məlumatların dövlət sektoru üzrə payının dəqiqləşdirilməsi məqsədilə sığorta şirkətlərinə rəsmi sorğu göndərilmiş, lakin təqdim edilən cavablarda məlumatların qanunvericiliyə əsasən sığorta sirri hesab edildiyi göstərilərək tələb olunan məlumatlar təqdim edilməmişdir. Nəticə etibarilə, təqdim edilmiş

məlumatlar əsasında dövlət sektoruna aid daşınmaz əmlak üzrə icbari sığortanın əhatə dairəsinin dəqiq qiymətləndirilməsi və təşkilatların hesabat göstəriciləri ilə müqayisəli təhlilinin aparılması mümkün olmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Əmək_və_Əhalinin_Sosial_Müdafiəsi_Nazirliyi_(ƏƏSMN)#Nazirlər_Kabineti#Hesablama_Palatası

Oxşar Xəbərlər

Maliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?İqtisadiyyat

Maliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?

Maliyyə icarəsi (lizinq) müqaviləsinin vaxtından əvvəl ləğvinin hansı hallarda mümkün olduğu yenidən müəyyənləşir.

Bu gün
14:360
Maliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDUİqtisadiyyat

Maliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDU

Maliyyə icarəsində (lizinq) icarəyə verənin yeni hüquqları və vəzifələri müəyyənləşir.

Bu gün
14:280
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏİqtisadiyyat

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ

"Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir".

Bu gün
14:250
Lizinq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏİqtisadiyyat

Lizinq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ

"Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir".

Bu gün
14:250