Son dəqiqə
Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"ABŞ-İran danışıqları: Tehran prinsipial mövqeyindən geri çəkilir?Göyçay musiqi məktəbi ilə bağlı səsləndirilən iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcəkPrestianni ikioyunluq kənarlaşdırıldıFIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ
Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ
Maraqlı

Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ

Bu gün
16:48
0 baxış
Paylaş:

Bakıda 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib.

Bakıda 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib.

Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, 4 gün davam edəcək yarış Dövlət Turizm Agentliyinin və Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.

5-8 may tarixlərini əhatə edən çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişafını, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.

Yarışlara Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar qatılıblar. VI "Qızıl Şah" Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan və "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir.

Bakı Ekspo Mərkəzində keçirilən VI "Qızıl Şah" Milli Kulinariya Çempionatından fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Azərbaycanda_turizm#Kulinariya#Bakı#Dövlət_Turizm_Agentliyi_(DTA)

Oxşar Xəbərlər

Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlamasıMaraqlı

Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması

Rusiyalı ekspert Roman Timaşov avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəblərini açıqlayıb.

Bu gün
03:440
Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - Mütəxəssis rəyiMaraqlı

Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - Mütəxəssis rəyi

"Gündə bir dəfə qidalanma orqanizmdə mənfi biokimyəvi dəyişikliklərə və fəaliyyət pozuntularına səbəb ola bilər".

Dünən
05:200
Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJMaraqlı

Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJ

Qılıncoynatma qədim tarixə malik olan və zəka ilə sürəti birləşdirən idman növlərindən biridir.

4 may 2026
13:380
Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRMaraqlı

Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR

Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır.

4 may 2026
13:100