
Zəka və sürətin vəhdəti: Qılıncoynatma idmanının əsas xüsusiyyətləri - FOTOREPORTAJ
Qılıncoynatma qədim tarixə malik olan və zəka ilə sürəti birləşdirən idman növlərindən biridir.
Qılıncoynatma qədim tarixə malik olan və zəka ilə sürəti birləşdirən idman növlərindən biridir.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, bu idman növü əsasən üç istiqamətdə keçirilir: rapira, şpaqa və sablya. Hər birinin qaydaları və xal toplama üsulları bir-birindən fərqlənir.
Qılıncoynatmada əsas məqsəd rəqibə toxunuş edərək xal qazanmaqdır. İdmançılar xüsusi qoruyucu geyim, maska və elektrik sisteminə qoşulan qılınclardan istifadə edirlər.
Bu sistem toxunuşların dəqiq qeydə alınmasına kömək edir. Qılıncoynatma həm fiziki çeviklik, həm də yüksək diqqət və taktiki düşüncə tələb edir.
Bu idman növü Olimpiya Oyunları proqramına daxildir və beynəlxalq səviyyədə geniş yayılıb. Azərbaycanda da qılıncoynatma son illərdə inkişaf etməkdə olan idman sahələrindən biridir.
1992-ci il aprelin 28-də yaradılan Azərbaycan Qılıncoynatma Federasiyası həmin ilin may ayında Beynəlxalq Qılıncoynatma Federasiyasına üzv seçilib.
Qılıncoynatma ilə bağlı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR
Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır.
MaraqlıKüləklə dalğalanan "qırmızı dəniz" - FOTOREPORTAJ
Tanınmış fotoqraf Aleksey Lyokin sosial şəbəkə hesabında Ağgöl Milli Parkından fotolar paylaşıb.
MaraqlıKüləklə dalğalanan "qırmızı dəniz" - FOTOREPORTAJ - VİDEO
Tanınmış fotoqraf Aleksey Lyokin sosial şəbəkə hesabında Ağgöl Milli Parkından görüntülər paylaşıb.
MaraqlıKuklalara ruh verən sənətkar: Sadə materiallardan möcüzə yaradır - FOTOREPORTAJ
Nuranə Abdullayeva artıq 6 ildir ki, kukla sənəti ilə məşğuldur.