
Azərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
Bakıda fəaliyyət göstərən "İstanbul NS" Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində uğurla icra olunub.
Bakıda fəaliyyət göstərən "İstanbul NS" Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində uğurla icra olunub.
Əməliyyatı 20 ildən artıq təcrübəyə malik cərrah-oftalmoloq Rəşidəlizadə Ergün həyata keçirib. Müasir göz cərrahiyyəsində belə qısa müddətdə icra olunan əməliyyatlar nadir hallarda rast gəlinir və yüksək peşəkarlıq tələb edir.
Katarakta (mirvari suyu) dünyada və Azərbaycanda görmə zəifliyinin əsas səbəblərindən biridir. Müasir texnologiyalar sayəsində bu xəstəliyin müalicəsi qısa müddətdə və təhlükəsiz şəkildə aparıla bilir.
Xatırladaq ki, dünya dərclərində kataraktanın fakoemulsifikasiyası və süni büllur implantasiyası əməliyyatı bu cərrahi üsulun təkmilləşdirilməsində müstəsna rolu olan yapon alimi cərrah Takayuki Akahoshi tərəfindən 1 dəqiqə 29 saniyəyə icra edilmişdir.
Həkimin sözlərinə görə, əməliyyatın sürətli icrası bir çox hallarda xüsusi əhəmiyyət daşıyır:
"Bəzi hallarda, xüsusilə uşaqlarda və ya ümumi vəziyyəti zəif olan yaşlı pasiyentlərdə əməliyyatın sedasiya və ya ümumi narkoz altında aparılması tələb olunur. Bu zaman əməliyyat müddətinin qısa olması narkozun təsir müddətini azaltmaq baxımından çox vacibdir. Eyni zamanda, cərrahi manipulyasiya nə qədər qısa davam edərsə, göz toxumalarına mexaniki təsir də bir o qədər az olur".
Mütəxəssis qeyd edir ki, bu nəticə müasir mikro-cərrahi texnologiyalar və xüsusi texniki yanaşmaların tətbiqi sayəsində əldə olunub.
Ekspertlər tövsiyə edirlər ki, görmə zəifliyi müşahidə olunduqda vaxtında oftalmoloqa müraciət etmək vacibdir. Katarakta erkən mərhələdə aşkar edildikdə müalicə daha effektiv olur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal"
Yeni ev üçün uzun müddət gözləmək istəməyənlər, mənzilini alıb dərhal köçmək istəyənlər üçün "Kristal"dan yaxşı xəbər var!
Digər"Kapital Bank" 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
Ölkənin birinci bankı "Kapital Bank"ın aktivləri 31 mart 2026-cı il tarixinə 11.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.5 milyard manatdır.
Digər"Yelo Bank" artıq Zaqatalada - FOTO
"Yelo Bank" xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bankın yeni, sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə başladı.
Digər"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.