Son dəqiqə
Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edibSon günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu - VİDEOƏlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?Tanınmış rusiyalı teleaparıcı vəfat etdiABŞ prezidenti sərt danışdı: "İran razılaşmasa, boğaz bağlı qalacaq""Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL
Cəmiyyət

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL

Bu gün
18:44
0 baxış
Paylaş:

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

Gundem.today-ın əldə etdiyi məlumata görə, bununla bağlı məktəblərə təlimatlar göndərilib.

Təlimata əsasən, "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

Tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

Həmçinin təlimatda aşağıdakılar qeyd olunub:

- "Son zəng" tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir;

- "Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.

"Son zəng" tədbirində aşağıdakı şəxslərin iştirakı mümkün hesab edilir:

- 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

- Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

- Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

Bundan başqa, şagirdin geyimi, nizam-intizam və etik davranış tələbləri də müəyyənləşib:

- Şagirdlər tədbirdə məktəbli formasında olmalıdırlar;

- Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır;

- Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir.

Tədbirin açılışı Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

Bundan başqa, təlimatda məktəbdaxili təşkilati tədbirlər və əlavə tələblər də qeyd olunub:

Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır;

- Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır;

Qeyd olunan tələblərlə bağlı pedaqoji şura iclası keçirilməli, müvafiq qərarlar qəbul edilməli və valideynlərin məlumatlandırılması məqsədilə təlimat hazırlanaraq məktəbin görünən guşələrində yerləşdirilməlidir. Valideynlər tədbirdən öncə maarifləndirilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Son_zəng#məktəb#təhsil#təlimat#2026#məzun#şagird#ümumi_təhsil_müəssisəsi#direktor#Dövlət_Himni#şəhid#forma#nizam-intizam#ssenari#valideyn#bayağı_musiqi#tələblər#pedaqoji_şura#Azərbaycan#tədbir

Oxşar Xəbərlər

Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?Cəmiyyət

Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.

Bu gün
20:000
Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVABCəmiyyət

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.

Bu gün
19:120
Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıbCəmiyyət

Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıb

Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:000
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilibCəmiyyət

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.

Bu gün
18:400