
Bakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıb
Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Məlumata görə, Quba istiqamətində hərəkətdə olan, 77-NH-723 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü Natiq Nəsibov idarəetməni itirərək yoldan çıxıb. Nəticədə nəqliyyat vasitəsi beton konstruksiyalı ayırıcı səddə çırpılıb və deformasiyaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev
Bakı-Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsməsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətUşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO
Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə "tərbiyə" üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.
CəmiyyətƏlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?
Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.
CəmiyyətSumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.
CəmiyyətAzərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.