Son dəqiqə
Tramp İranı bir gecəyə məhv etməklə hədələdiƏliyar Ağayevə ağır cəza verildiİtaliya A Seriyası: "Yuventus" öz meydanında qələbə qazandıTramp: "İranlılar qabiliyyətli döyüşçülərdir"Qurban Qurbanov: "Hakimlər sanki təzyiq altındadırlar"Amerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
İqtisadiyyat

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

Bu gün
19:00
0 baxış
Paylaş:

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən, səhmlərinin və paylarının azı 51%-i birbaşa və yaxud dolayısi ilə dövlətə məxsus olan şəxslər üzrə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergisi, neft-qaz və digər fəaliyyətlə bağlı hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə xüsusi müsadirə edilmiş əmlakın satışından daxilolmalar, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək məqsədilə operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün ödənişlər də büdcə gəlirlərinin təsnifatına daxil olunub.

Dövlət orqanları tərəfindən xüsusi müsadirə edilmiş, müsadirə edilmiş, sahibsiz qalmış və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Əli_Əsədov#Nazirlər_Kabineti

Oxşar Xəbərlər

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcəkİqtisadiyyat

Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək

Abşeron rayonu, Novxanı qəsəbəsində 35/6 kV-luq yeni yarımstansiya tikiləcək.

Bu gün
20:000
"Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinəİqtisadiyyat

"Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə

5-8 may tarixlərində "Bakı Ekspo Mərkəzi"ndə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week"), eləcə də 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri keçiriləcək. Sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.

Bu gün
17:450
Azərbaycanda ASC-lərdən birinin nizamnamə kapitalı altı dəfə AZALDILDIİqtisadiyyat

Azərbaycanda ASC-lərdən birinin nizamnamə kapitalı altı dəfə AZALDILDI

"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb.

Bu gün
16:400
3 ayda dövlət büdcəsindən 68.5 milyon manat geri qaytarılıbİqtisadiyyat

3 ayda dövlət büdcəsindən 68.5 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-mart ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 68 milyon 508.8 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu gün
16:280