
Azərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib - FOTO
Martın 28-də "Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.
Martın 28-də "Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.
Gundem.today xəbər verir ki, kampaniyaya qoşulan 80-ə yaxın qurum və təşkilat yerli vaxtla saat 20:30-dan başlayaraq inzibati binalarının fasad işıqlarını bir saatlıq söndürüblər.
Bununla yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan yüzlərlə gənc də fərdi olaraq bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirib.
Beynəlxalq "Yer saatı" kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən "Yer saatı 2026" kampaniyasına qoşulan bütün qurum və təşkilatlara və fərdi iştirakçılara təşəkkür edir.
Qeyd edək ki, bu il dünyada "Yer saatı"nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.
Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkatlardan biri kimi, "Yer saatı" milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.