
"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından niyə çıxarılıb? - FOTO
Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.
Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkədə edilən paylaşım kino ictimaiyyəti tərəfindən ciddi müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, "Tütək səsi", "Yeddi oğul istərəm", "İstintaq", "Fəryad" kimi tanınmış filmlərdə qrim rəssamı kimi çalışmış 75 yaşlı Elbrus Vahidov "Azərbaycanfilm" kinostudiyasındakı otağından yeni rəhbərlik tərəfindən çıxarılıb.
İddialara görə, Elbrus Vahidovun ştatda olmaması əsas gətirilərək onun otağı xəbərdarlıq edilmədən boşaldılıb, şəxsi əşyaları isə kənara atılıb, qrim ustasının istifadə etdiyi masa da yararsız hala salınıb. Buna səbəb kimi isə otağın icarəyə verilməsi planı göstərilib.
Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) bildirilib ki, Elbrus Vahidovun Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı əks etdirmir.
"Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlanıb. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılıb, şəxsi əşyaları özü tərəfindən götürülüb. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılıb.
Eyni zamanda qeyd edirik ki, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.
Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik "Azərbaycanfilm" kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Mədəniyyət"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından çıxarılıb? - FOTO
Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.
MədəniyyətAnar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO
Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) mərhum prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.
Mədəniyyət"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub
"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub.
MədəniyyətHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunub
Aprelin 21-də Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.