
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunub
Aprelin 21-də Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.
Aprelin 21-də Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, "Harmony of Chaos" animasiya və vizualizasiya studiyası və "BBQ Marketing and Events" Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.
"Harmony of Chaos" animasiya və vizualizasiya studiyasının rəhbəri, "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib. O bildirib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər.
"Hədəfimiz uşaqlara tariximizi rəngarəng macəralar və maraqlı hadisələr vasitəsilə sevdirməkdir", - deyə A. İbrahimov söyləyib.
Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
"Şamaxı macəraları" adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək, Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.
Animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov deyib ki, bu cür layihələr uşaqlarda Azərbaycana olan sevgini daha da artıracaq. "Qədim Şamaxının tarixi barədə olan bu 10 dəqiqəlik animasiya filmi üzərində 10 aydır işləyirik. Ekran işi maraqlı vizual həlli ilə uşaqların diqqətini cəlb edəcək", - deyə o əlavə edib.
Animasiya filmində 3D animator kimi çalışan Rüfət İsmayılov isə deyib ki, cizgi filminin ərsəyə gəlməsi həm maraqlı, həm də əyləncəli olub. O qeyd edib ki, "Sirli xəritə" animasiyası serialdır və davamlı olacaq.
"Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək, qədim adət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanın digər mədəniyyət guşələrinə həsr olunacaq", - deyə o diqqətə çatdırıb.
Dinamik şəkildə hazırlanan filmdə personajların səsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirmək məqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətAnar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEO
Bakı Kitab Mərkəzində Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) mərhum prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun vəfatının 15-ci ildönümü münasibətilə "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib.
Mədəniyyət"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub
"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub.
MədəniyyətKino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTO
"Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kino çəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Burada istehsalçılara qədər yenə də bir neçə təchizat olmalıdır. Burada Kinematoqrafçılar İttifaqının və eyni zamanda gildiyaların çox böyük rolu var. Çünki burada ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır".
MədəniyyətNazir Elnur Abbasquliyevə yeni vəzifə verdi - FOTO
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.