
Azərbaycanı dünyada tanıdan oymaçı Azər Əsədovun hekayəsi - FOTO
59 yaşlı oymaçı Azər Əsədov sənət yoluna əvvəlcə rəssamlıqla başlasa da, 1982-ci ildən etibarən özünü tamamilə oyma sənətinə həsr edib.
59 yaşlı oymaçı Azər Əsədov sənət yoluna əvvəlcə rəssamlıqla başlasa da, 1982-ci ildən etibarən özünü tamamilə oyma sənətinə həsr edib.
Gundem.today PhotoStock.az-a istinadən xəbər verir ki, onun ilk əl işi taxtadan hazırladığı Qız Qalasının maketi olub və bu, gələcək yaradıcılığının əsasını qoyub.
Daha sonra bu sahə üzrə texniki peşə məktəbində təhsil alaraq peşəkarlığını inkişaf etdirib. Azər Əsədov 2001-ci ildən fəaliyyət göstərən emalatxanasını da öz əlləri ilə inşa edib.
O bildirir ki, ağac üzərində işləmək onun üçün sadəcə sənət deyil, eyni zamanda, bir növ daxili rahatlıq və istirahətdir. Sənətinin sirlərini paylaşmağı missiya sayan usta həm də Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bədii oyma üzrə mentor vəzifəsində çalışır. Burada o, reabilitasiya keçən uşaqlara və gənclərə ağac üzərində oyma sənətinin incəliklərini öyrədir. Onun fikrincə, bu sənət həmin gənclər üçün həm əlçatan, həm də terapevtik təsirə malikdir.
Azər Əsədovun yaradıcılığı yalnız yerli sərgilərlə məhdudlaşmır. O, müxtəlif beynəlxalq sərgilərdə iştirak edərək İtaliya, Belçika, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə Azərbaycanı uğurla təmsil edib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Azər Əsədov bu gün həm sənəti, həm də yetişdirdiyi şagirdlərlə ağac oymaçılığının yaşamasına və inkişafına töhfə verməkdə davam edir.
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.