
Azərbaycanın "Avroviziya-2026" mahnı müsabiqəsində səhnəyə çıxış sırası açıqlandı
Avropa Yayım İttifaqı (EBU) "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalında iştirak edəcək ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.
Avropa Yayım İttifaqı (EBU) "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalında iştirak edəcək ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.
Gundem.today xəbər verir ki, birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, sonda Serbiya təmsilçisi çıxış edəcək.
İkinci yarımfinalın açılışını Bolqarıstan, bağlanışını Norveç edəcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda ikinci sırada çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində JIVA "Just Go" mahnısı ilə təmsil edəcək.
70-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Birinci yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.