
Azərbaycanın əsas "hava qapısı": Heydər Əliyev Beynəlxalq Aeroportunun strateji rolu - FOTOREPORTAJ
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava qapısı və Cənubi Qafqazın ən böyük aviasiya mərkəzlərindən biridir.
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava qapısı və Cənubi Qafqazın ən böyük aviasiya mərkəzlərindən biridir.
Gundem.today PhotoStock.az-a istinadən xəbər verir ki, Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən aeroport ölkənin beynəlxalq hava nəqliyyatı sistemində strateji rol oynayır və regionun əsas tranzit qovşaqlarından hesab olunur.
2014-cü ildə istifadəyə verilmiş müasir "Terminal 1" innovativ memarlıq həlli, yüksək xidmət standartları və sərnişin rahatlığı ilə seçilir. Aeroportun ümumi illik sərnişin tutumu 9 milyon nəfərə çatır.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq səviyyədə yüksək qiymətləndirilir və dəfələrlə "Skytrax" şirkəti tərəfindən Mərkəzi Asiya və MDB məkanının ən yaxşı hava limanlarından biri seçilib.
Aeroport sərnişin təcrübəsi, xidmət keyfiyyəti və innovativ həllərə görə regionun qabaqcıl aviasiya mərkəzlərindən biri hesab olunur.
2024-cü ildə hava limanı 7.5 milyondan çox sərnişinə xidmət göstərərək tarixinin ən yüksək göstəricisini qeydə alıb və regionun aparıcı aviasiya qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEO
Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətRus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?
Ağdaşda bir qrup valideyn övladlarının birinci sinfə qəbulu ilə bağlı yaranmış vəziyyətdən narazıdır.
CəmiyyətAzovda dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri: "Beş dəfə zərbə endirildi" - VİDEO
İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 09.06.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.