
Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti işə başlayıb
Bu gün Almaniyanın Leypziq şəhərində Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti işə başlayıb.
Bu gün Almaniyanın Leypziq şəhərində Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) İllik Sammiti işə başlayıb.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, sammitin həsr olunduğu "Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi" mövzusu iqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda böyük əhəmiyyət daşıyır.
Sammitin açılışı ilə bağlı mətbuat konfransında çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu il 20 illiyini qeyd edən ITF-yə sadiq tərəfdaşlığa və tədbirin mükəmməl təşkilinə görə minnətdarlığını bildirib. Həmçinin bütün üzv ölkələrə və tərəfdaşlara fəal iştiraklarına və ortaq nəqliyyat gündəliyinin inkişafına göstərdikləri dəstəyə görə təşəkkür edən nazir vurğulayıb ki, Azərbaycan ITF-yə sədrliyi tərəfdaşlıq ruhunda həyata keçirərək təşkilatın daha güclü və inklüziv platformaya çevrilməsi istiqamətində fəaliyyət göstərib.
R.Nəbiyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional fəaliyyətinin səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirilib, üzv ölkələrlə konstruktiv əməkdaşlıq nəticəsində İş Proqramı üzrə razılıq əldə olunub. Nazir ölkəmizin ITF çərçivəsində konstruktiv və nəticəyönümlü əməkdaşlığa sadiq qaldığını vurğulayıb, Azərbaycanın sədrlik gündəliyini beş əsas prioritet üzrə formalaşdırdığını və bu sammitdə həmin istiqamətlər üzrə konkret nəticələrin təqdim olunduğunu diqqətə çatdırıb.
ITF-nin baş katibi Yanq Tae Kim Azərbaycanın ITF-yə sədrliyi dövründə forumun fəaliyyətinə böyük töhfələr verdiyini qeyd edərək bildirib, bunun fərqli təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Foruma uğurlu sədrlikdən məmnunluğunu ifadə edən Yanq Tae Kim ölkəmizlə təşkilat arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ITF-in Azərbaycan hökuməti tərəfindən fəal şəkildə dəstəkləndiyini qeyd edib.
Qeyd edək ki, bu tədbir dünyada nəqliyyat nazirlərinin ən böyük toplantısı olmaqla yanaşı, nəqliyyat siyasətinin formalaşdırılması üçün aparıcı qlobal platforma hesab olunur. Bu il Dünya Nəqliyyat Forumu Azərbaycanın sədrliyi ilə təşkil edilir.
ITF-yə üzv olan 69 ölkənin nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament üzvləri, həmçinin biznes və elm sahələrinin aparıcı nümayəndələri 2008-ci ildən etibarən hər il Leypziqdə bir araya gələrək nəqliyyatın gələcəyini müzakirə edirlər. İştirakçıların sayı artıq 69 üzv ölkə ilə məhdudlaşmır və 80-dən çox ölkədən 1 200-dən artıq nümayəndəni əhatə edir. Bu da tədbirə marağın ildən-ilə artdığını və forumun daha çox biznes sektorunun diqqətini cəlb etdiyini göstərir. Belə ki, şirkətlərin rəhbərləri yüksəksəviyyəli müzakirələrdə iştirak edir, müəssisələr isə Sammit çərçivəsində keçirilən sərgidə öz fəaliyyətlərini təqdim edirlər.
2026-cı ildə sammit nəqliyyatda dayanıqlılıq mövzusuna həsr olunmuş 2025-27-ci illər ITF sammitləri trilogiyasının ikinci hissəsidir. Builki sammit nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsi yollarını araşdıracaq və bunun vasitəsilə uzunmüddətli perspektivdə nəqliyyat infrastrukturunun və əməliyyatlarının daha yaxşı əlaqələndirilməsi, səmərəliliyi və etibarlılığına nail olunması məqsədini daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib
Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
CəmiyyətBakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilir
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
CəmiyyətNaxçıvanda su xəttində qəza baş verib
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.