Son dəqiqə
"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci olduGəncədə qız qaçırmağa görə DAVA DÜŞDÜ - Xəsarət alanlar varİsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilibVolodimir Zelenski İlham Əliyevə zəng edibBƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladıTikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL
Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL
Siyasət

Cənubi Qafqazda bütün yollar Bakıya aparır - TƏHLİL

Bu gün
19:18
0 baxış
Paylaş:

Cənubi Qafqazda geosiyasi dinamika son illərdə, xüsusilə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin paralel inkişafı fonunda daha da diqqət çəkməyə başlayıb. Bu kontekstdə Fransa başda olmaqla bəzi xarici aktorların regional proseslərə təsir cəhdləri ön plana çıxır. Xüsusilə Parisin Ermənistan-Türkiyə normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq təşəbbüsü fərqlənsə də, yeni deyil. Tarix göstərir ki, bu istiqamətdə müxtəlif diplomatik cəhdlər olsa da, heç bir

Cənubi Qafqazda geosiyasi dinamika son illərdə, xüsusilə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin paralel inkişafı fonunda daha da diqqət çəkməyə başlayıb. Bu kontekstdə Fransa başda olmaqla bəzi xarici aktorların regional proseslərə təsir cəhdləri ön plana çıxır. Xüsusilə Parisin Ermənistan-Türkiyə normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq təşəbbüsü fərqlənsə də, yeni deyil. Tarix göstərir ki, bu istiqamətdə müxtəlif diplomatik cəhdlər olsa da, heç biri davamlı nəticə verməyib və iflasa uğrayıb.

Bu siyasətin köklərini anlamaq üçün Sürix protokollarına qayıtmaq kifayətdir. Bu protokollar (10 oktyabr 2009-cu il) Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını nəzərdə tutsa da, bir sıra ciddi siyasi və strateji səbəblərdən baş tutmadı və nəticədə ləğv edildi. Protokolların alınmamasının əsas səbəblərindən biri isə məhz Azərbaycan amili, yəni keçmiş Qarabağ münaqişəsi idi. Protokolların imzalanması Türkiyədə və Azərbaycanda kəskin etirazlara səbəb oldu. Türkiyə ictimaiyyəti və rəhbərliyi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı davam etdiyi müddətdə Ermənistanla sərhədlərin açılmasını qəbuledilməz hesab edirdi. Türkiyə rəhbərliyi Qarabağ məsələsində irəliləyiş olmadan protokolları parlamentdən keçirməkdən imtina etdi.

Bu gün də oxşar dinamika müşahidə olunur. Fransa kimi aktorlar Ermənistan-Türkiyə xəttində ayrı bir normallaşma platforması yaratmağa çalışsa da, Azərbaycan və Türkiyə bu yanaşmanın qarşısını almaqda qərarlıdır. Burada əsas faktor Bakı və Ankaranın strateji koordinasiyasıdır. Azərbaycanın sərgilədiyi mövqe ondan ibarətdir ki, regionda Bakının mövqeyi nəzərə alınmadan sülh və sabitlik mümkün deyil və Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinin paralel şəkildə normallaşması vacibdir. Düzdür, Türkiyədə fərqli baxışlar mövcud olsa da bu qüvvələrin də təsir imkanları məhduddur və dövlət siyasətinə ciddi təsir göstərə bilmirlər. Ankara üçün Azərbaycanla strateji tərəfdaşlıq prioritet olaraq qalır və bu amil bütün regional qərarlarda özünü göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə "Azərbaycanın Türkiyənin qırmızı xətti" olduğunu bildirib və Ermənistanla normallaşma prosesinin Azərbaycanla birliktə aparıldığını ifadə edib.

Yəni, Paris bu destruktiv addımları ilə Cənubi Qafqazda sadəcə təsir imkanlarını artırmağa çalışır və bu məqsədlə müxtəlif diplomatik təşəbbüslər irəli sürür. Fransanın məqsədi nə sülh və sabitlik, nə də Ermənistanın inkişafıdır, Paris yalnız təsir imkanlarını artırmaqla öz maraqlarını güdür. Lakin reallıq ondan ibarətdir ki, regionun əsas güc mərkəzi Azərbaycanın mövqeyi nəzərə alınmadan hər hansı təşəbbüs uğur qazana bilməz. Bu isə o deməkdir ki, Cənubi Qafqazda bütün yollar Bakıya aparır. Azərbaycanın artan siyasi, iqtisadi və hərbi gücü onu regionun əsas qərarverici aktoruna çevirib. Bu səbəbdən, istər Fransa prezidenti, istərsə də digər beynəlxalq oyunçular tərəfindən irəli sürülən təşəbbüslər Bakı tərəfindən diqqətlə qiymətləndirilir və milli maraqlara uyğun gəlməyən addımların qarşısı alınır. Elə bunun nəticəsidir ki, mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron siyasi simvolik bir jest etməyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə keçməyi planlaşdırıb, lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra o, Makrona rədd cavabı verib. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda normallaşma prosesləri bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqəli formada inkişaf edir.

Bir sözlə, Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi birbaşa olaraq Ermənistan-Azərbaycan münasibətlərində əldə olunacaq irəliləyişdən asılıdır. Bu reallıq dəyişmədiyi müddətdə, regiondakı bütün diplomatik təşəbbüslər də bu çərçivə daxilində formalaşmağa davam edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Cənubi_Qafqaz#Türkiyə#Bakı#Rəcəb_Tayyib_Ərdoğan#Emmanuel_Makron#Avropa_İttifaqı_(Aİ)#Ermənistan

Oxşar Xəbərlər

Volodimir Zelenski İlham Əliyevə zəng edibSiyasət

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu gün
20:330
Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədiSiyasət

Makronun planı suya düşdü: Ermənistandan Türkiyəyə getmək istəyi Bakıdan keçmədi

Son günlər regionumuzda olduqca diqqətəlayiq proseslərin şahidi oluruq. Sözsüz ki, bu mənada İrəvanda baş tutan sammiti də gözardı etmək mümkün deyil.

Bu gün
20:140
Azərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışıSiyasət

Azərbaycan üç yeni kamikadze dron istehsal etdi - Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Bu gün
20:000
Paris və Moskva arasında sıxışan İrəvanSiyasət

Paris və Moskva arasında sıxışan İrəvan

"Avropa Siyasi Birliyi"nin Ermənistanda keçirilən Zirvə toplantısı ilk baxışdan regional əməkdaşlıq və dialoq platforması kimi təqdim olunsa da, pərdəarxasında mürəkkəb geosiyasi proseslərin dayandığı aydın görünür.

Bu gün
19:360