
Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.
Gundem.today xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi" mövzusunda işçi görüşü keçirilib.
Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Azərbaycanla Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.
Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
OrduHərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO
Azərbaycanda hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib.
OrduXüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTO
2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.
OrduZakir Həsənov "N" saylı hərbi hissədə döyüş hazırlığını yoxladı - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.
Ordu"Anadolu Ankası - 2026" beynəlxalq təliminə start verilib
Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.