
Azərbaycanlı hərbçilərin Türkiyədəki təlimindən GÖRÜNTÜLƏR
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.
Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri "fast rope" üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.
Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.
Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.
İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Ordu"Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb - FOTO - VİDEO
Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.
OrduHərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ
Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edilir.
OrduAzad olunmuş ərazilərdə yeni hərbi obyektlər yaradılır - FOTO
"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrastruktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir".
OrduZakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən əsgərlərlə görüşüb
Müdafiə Nazirliyinin rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb, onların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.