
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Vurğulanır ki, onlardan yeddisinin Türkiyədə, birinin Pakistanda, birinin Rusiyada, birinin isə Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal edilir.
Sənəddə qeyd olunur ki, hesabat ilində müəyyən edilmiş 46 insan alveri qurbanının hamısı (qadınlar) Azərbaycan vətəndaşı olmaqla 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistanda cinsi istismara məruz qalıb.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal2025-ci ildə həbs olunan İNSAN ALVERÇİLƏRİNİN SAYI BİLİNDİ
2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (ikisi keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
KriminalÖtən il qeydə alınan insan alveri cinayətlərinin sayı AÇIQLANDI
2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.
KriminalŞəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalGecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.