
BMT-nin forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib - FOTO
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunun üçüncü günündə plenar sessiya baş tutub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunun üçüncü günündə plenar sessiya baş tutub.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, BMT-yə üzv dövlətlərin miqrasiya məsələlərinə məsul yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bəyanatlar dinlənilib.
Qeyd edək ki, Azərbaycan Respublikası "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) hazırlanmasında ilkin mərhələdən fəal iştirak edib və 2018-ci ildə sənədə qoşulub. Sonrakı illərdə sözügedən beynəlxalq sənədin icrası istiqamətində görülən işlər nəticəsində ölkəmiz BMT-nin Miqrasiya Şəbəkəsinin "Çempion ölkələr" təşəbbüsünə daxil edilib və beş ilə yaxındır bu statusu daşıyır.
Cari ildə isə Azərbaycan təşəbbüsün həmsədri seçilib ki, bu da ölkəmizin miqrasiya idarəçiliyində qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanındığını təsdiqləyir. Məhz bu etimadın bariz göstəricisi olaraq, cari forumda 42 ölkəni birləşdirən "Çempion ölkələr" təşəbbüsü adından birgə bəyanatla çıxış etmək hüququ Azərbaycana həvalə edilib. Sessiya zamanı təşəbbüsə daxil olan dövlətlər adından bəyanatla çıxış edən Vüsal Hüseynov miqrasiya sahəsində qlobal çağırışların həlli üçün dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Miqrasiya üzrə Qlobal Paktın təşviqi və bu istiqamətdə görülməsi zəruri olan məsələləri diqqətə çatdırıb.
Daha sonra Vüsal Hüseynov sessiyada milli bəyanat səsləndirib, 2022-ci ildə keçirilmiş ilk forumdan ötən dövr ərzində ölkəmizin miqrasiya sahəsində müxtəlif səviyyələrdə həyata keçirdiyi fəaliyyətlər, eləcə də sahə üzrə prioritet məsələlər barədə çıxış edib. Vüsal Hüseynov çıxışında, həmçinin Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Azərbaycanın milli, regional və beynəlxalq müstəvidə verdiyi töhfələri diqqətə çatdırıb.
Plenar iclasın sonunda BMT-nin üzv dövlətləri tərəfindən Tərəqqi Bəyannaməsinin qəbulu nəzərdə tutulub.
Bununla yanaşı, DMX-nin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniyelslə görüşüb. Görüş zamanı təşkilatla ölkəmiz arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub. Vüsal Hüseynov Azərbaycanın 2026-cı il üçün "Çempion ölkələr" təşəbbüsünə həmsədrliyi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Görüşdə, həmçinin ölkəmizdə təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində nəzərdə tutulan birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİnsan alverinə qarşı yeni fəaliyyət planı Prezidentə təqdim olunub
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı təsdiqlənməsi üçün Azərbaycan Prezidentinə təqdim edilib.
SiyasətKeçmiş məcburi köçkün: "Xocavəndə qayıtdığım üçün çox həyəcanlıyam"
"Beş yaşımda Xocavəndi ailəmlə birlikdə tərk etmək məcburiyyətində qalmışam. İndi 37 yaşımda yenidən doğma yurdumuza qayıdıram".
SiyasətAğdam və Xocavəndə yeni həyat qayıdır: Növbəti köç karvanları Bakıdan yola düşdü - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
SiyasətAğdam və Xocavəndə yeni həyat qayıdır: Növbəti köç karvanları Bakıdan yola düşdü - FOTO - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.