
"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirir
Daha çox addımla, daha çox internet qazan!
Daha çox addımla, daha çox internet qazan!
"Azercell Telekom" MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ "GiqaAddım" kampaniyasına start verir. Təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi "Azercell" abunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.
Belə ki, "GiqaAddım" kampaniyası çərçivəsində mobil operator gün ərzində 10 000 addım atan abunəçilərinə 1 GB internet hədiyyə edir. Bu hədəfə yeddi gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.
Kampaniya tamamilə rəqəmsal şəkildə "Azercell" mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər "Azercell" mobil tətbiqini yeniləməli, daha sonra "İndi qoşul" bölməsi vasitəsilə cihazlarında "Sağlamlıq" tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq "Azercell" tətbiqinə daxil olmalıdırlar.
Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.
"GiqaAddım" kampaniyası fakturasız xətt üzrə "DigiMax" və "Premium+", fakturalı xətt üzrə isə "SuperSən" və "Premium" tarif abunəçiləri üçün təqdim olunur
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digərİctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik "Birbank"da
Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq "Birbank"lılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.
Digər"Novex Group" "InterFood Azerbaijan" 2026 beynəlxalq sərgisində iştirak edir - VİDEO
"Novex Group" "InterFood Azerbaijan" 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə çıxış edir.
DigərZiyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.
Digər"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri - "GITEX AI 2026"da iştirak edib.