
"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub
Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib.
Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib.
"Azercell"in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" (ABCC) uğurla başa çatıb.
Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu oynayıb. "Harvard Business Review"nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Bu il müsabiqəyə ümumilikdə 100-ə yaxın komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib. Onlardan 12-si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda isə finalda çıxış etmək imkanı qazanıb.
Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar 8 000 AZN, 4 000 AZN və 2 000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıb
"Yelo Bank" 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:
Digər"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"Bakcell" şirkətinin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.
Digər"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTO
"Unibank KB" 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Digər"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.