Son dəqiqə
UEFA Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşdiMaduronun həbsindən sonra ABŞ-dən ilk mühüm iqtisadi qərar: Venesuela üçün yeni dövr başlayırAzərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldıMessinin klubu baş məşqçisiz qaldıLitvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEOABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıb
ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıb
Dünya

ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıb

Bu gün
22:32
0 baxış
Paylaş:

Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.

Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.

Gundem.today bu barədə "Axios" portalına istinadən xəbər verir.

"ABŞ dövlət katibi Marko Rubionun İsrail və Livan səfirləri arasında keçirdiyi görüş başa çatıb. Görüş iki saatdan çox davam edib", - deyə portalın jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Görüşlə bağlı digər təfərrüat verilmir.

Vaşinqtonda İsrail və Livan arasında 33 ildən sonra ilk birbaşa danışıqlar başlayıb. Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio da iştirak edir.

Gundem.today bu barədə newsru.co.il saytına istinadən xəbər verir.

1948-ci ildən müharibə vəziyyətində olan dövlətləri ABŞ-dəki səfirlər Yexiel Leyter və Nada Hamad Moavad təmsil edirlər. Onlar bir-birinin əlini sıxmaqdan çəkiniblər. Danışıqlarda ABŞ Prezidenti Donald Trampın dostu, ABŞ-nin Livandakı səfiri Mişel İssa da iştirak edir.

"Biz sadəcə atəşkəsdən deyil, Livanda "Hizbullah"ın 20-30 illik təsirinə son qoymağa çağırılmış daimi nizamlamadan danışırıq. Altı saata bütün problemləri həll edə bilməyəcəyik, lakin bu, irəliyə doğru hərəkətə başlamaq üçün tarixi şansdır", - deyə Rubio bildirib.

Qeyd edək ki, ölkələrin nümayəndələri arasında birbaşa danışıqlar sonuncu dəfə 1993-cü ildə baş tutub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#İsrail#Hizbullah_hərəkatı#İsrail-Livan_gərginliyi#Marko_Rubio

Oxşar Xəbərlər

Maduronun həbsindən sonra ABŞ-dən ilk mühüm iqtisadi qərar: Venesuela üçün yeni dövr başlayırDünya

Maduronun həbsindən sonra ABŞ-dən ilk mühüm iqtisadi qərar: Venesuela üçün yeni dövr başlayır

ABŞ Administrasiyası Venesuela banklarına və hökumətinə qarşı tətbiq olunan birtərəfli sanksiyaları yumşaldıb.

Bu gün
01:000
Serbiya İsraillə birgə hərbi dron istehsal edəcəkDünya

Serbiya İsraillə birgə hərbi dron istehsal edəcək

Serbiya öz ərazisində İsraillə birgə hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.

Bu gün
00:200
Berlin Kiyev üçün büdcə baryerini aşdı: Ukraynada birgə hərbi sənaye dövrü başlayırDünya

Berlin Kiyev üçün büdcə baryerini aşdı: Ukraynada birgə hərbi sənaye dövrü başlayır

"Ukraynanın Almaniya ilə dörd milyard avroluq yeni əməkdaşlıq paketi "Patriot" zenit-raket kompleksləri üçün raketlərin alınmasını, həmçinin dronların birgə istehsalını nəzərdə tutur".

Bu gün
00:000
Yaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldiDünya

Yaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldi

ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.

Bu gün
23:380