
Aziz Yıldırım erası transferlərlə başlayır: "Fənərbağça"dan hücum xəttinə iki ulduz - FOTO
"Fənərbağça" klubunun yeni prezidenti seçilən Aziz Yıldırım vaxt itirmədən transfer bazarında hərəkətə keçib.
"Fənərbağça" klubunun yeni prezidenti seçilən Aziz Yıldırım vaxt itirmədən transfer bazarında hərəkətə keçib.
Gundem.today xəbər verir ki, təcrübəli klub rəhbərinin ilk hədəfi Vedat Muriqinin komandaya keçidini yekunlaşdırmaq və bu istiqamətdə işləri sürətləndirməkdir.
Yayılan iddialara əsasən, Aziz Yıldırım artıq həm İspaniyanın "Malyorka" klubu, həm də kosovalı ulduz hücumçu ilə ortaq məxrəcə gəlib. Hazırda tərəflər arasında sadəcə son detalların dəqiqləşdirildiyi və bundan dərhal sonra transferin rəsmən elan olunacağı vurğulanır.
Yeni prezidentin hücum xəttini gücləndirmək üçün müəyyənləşdirdiyi ikinci böyük hədəf isə Seru Qirassidir. Hələ seçki kampaniyası dövründə komandanın iki yeni hücumçuya ehtiyacı olduğunu açıqlayan Yıldırımın "Borussiya Dortmund"un forvardını rənglərinə bağlamaq əzmində olduğu bildirilir.
Bu iddialı planı həyata keçirmək üçün "Fənərbağça" rəhbərliyinin Qirassi keçidinə görə Almaniya təmsilçisinə tam 30 milyon avro təzminat ödəməyə hazır olduğu qeyd edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO
"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
İdmanÇövkən üzrə dünya çempionatı: Uruqvay və Nigerin duelində qalib müəyyənləşmədi - VİDEO
İyunun 8-də Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatında Uruqvay və Niger yığmaları qarşılaşıb.
İdmanPremyer Liqa təmsilçisində kütləvi ayrılıq: 14 futbolçu heyəti tərk etdi - FOTO
İngiltərənin "Fulhem" klubu 14 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
İdman"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib
"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.