Son dəqiqə
Keçən il dövlət büdcəsinin xərcləri 38 milyard manatı keçib2025-ci ildə dövlət büdcəsindən ən böyük pay hara xərclənib?Ötən il əməkhaqqı və sosial ödənişlərə ayrılan vəsait artıbTramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdiSosial müdafiə xərcləri bir ildə 400 milyon manatdan çox artıbAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?
Sosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?
Cəmiyyət

Sosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?

19:24
0 baxış
Paylaş:

"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və

"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və mənəvi inkişafının qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas məqsədlərindən biri sağlam, savadlı və milli-mənəvi dəyərlərə bağlı gənc nəslin formalaşdırılmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə uşaqların müdafiəsi, təhsili və inkişafı sahəsində həyata keçirilən çoxsaylı layihələr də bu istiqamətdə dövlətin ardıcıl siyasətinin göstəricisidir. Qanun dəyişikliyi cəmiyyətə daha təhlükəsiz informasiya mühiti, uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və rəqəmsal risklərin minimuma endirilməsi baxımından mühüm perspektivlər vəd edir".

Bu sözləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O bildirib ki, son illər dünyada uşaqların sosial mediadan istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi tendensiyası güclənir:

"Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların sosial mediaya çıxışının tənzimlənməsi istiqamətində ciddi addımlar atılır. Avropa İttifaqı ölkələrində, ABŞ-də, Avstraliyada və digər dövlətlərdə uşaqların şəxsi məlumatlarının qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və zərərli məzmunlardan müdafiəsi məqsədilə müxtəlif yaş məhdudiyyətləri tətbiq olunur. Azərbaycanın da bu prosesə qoşulması qlobal tendensiyalara uyğun olmaqla yanaşı, milli maraqlardan və uşaqların təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlir. İnternet mühitində dezinformasiya, kibertəqib, zorakılıq təbliğatı, təhlükəli çağırışlar və müxtəlif manipulyativ təsirlər uşaqlar üçün ciddi risklər yaradır. Milli Məclisdə bu istiqamətdə aparılan müzakirələr və qanunvericilik təşəbbüsləri dövlətin rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı siyasət yürütməsinin göstəricisidir. Eyni zamanda aidiyyəti dövlət qurumlarının, xüsusilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər qurumların fəaliyyəti bu siyasətin effektiv həyata keçirilməsinə xidmət edir".

"Aparılan beynəlxalq araşdırmalar göstərir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda diqqət dağınıqlığı, asılılıq, sosial təcrid, aqressiya, narahatlıq və depressiya hallarının artmasına səbəb ola bilir. Eyni zamanda virtual mühitdə keçirilən uzun vaxt təhsil göstəricilərinə də mənfi təsir göstərir. 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatının məhdudlaşdırılması onların daha çox təhsilə, mütaliəyə, idmana, yaradıcılığa və sosial ünsiyyətə yönəlməsinə şərait yaradacaq. Bu isə sağlam düşüncə tərzinə, emosional sabitliyə və intellektual inkişafın güclənməsinə müsbət təsir göstərəcək. Bundan əlavə, uşaqların erkən yaşlarda zərərli informasiya axınından qorunması onların milli-mənəvi dəyərlər əsasında formalaşmasına, vətənpərvərlik ruhunda böyüməsinə və gələcəkdə daha məsuliyyətli vətəndaş kimi yetişməsinə töhfə verəcək", - deputat vurğulayıb.

O əlavə edib ki, qanun dəyişikliyinin mühüm üstünlüklərindən biri də valideyn məsuliyyətinin və nəzarət imkanlarının gücləndirilməsidir:

"Çünki uşaqların internetdə qarşılaşdığı risklərin böyük hissəsi məhz valideyn nəzarətinin zəif olduğu hallarda meydana çıxır. Yeni tənzimləmə valideynlərin övladlarının rəqəmsal fəaliyyətini daha yaxından izləməsinə, onların hansı platformalarda iştirak etdiyini bilməsinə və təhlükəli məzmunlardan qorunmasına imkan verəcək. Eyni zamanda cəmiyyət daxilində rəqəmsal savadlılıq səviyyəsinin yüksəlməsinə və ailə institutunun bu sahədə rolunun güclənməsinə şərait yaradacaq. Bu istiqamətdə dövlət qurumlarının həyata keçirdiyi maarifləndirmə tədbirləri də xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız məhdudiyyət tətbiq etmək deyil, həm də uşaqlarda və valideynlərdə təhlükəsiz internet mədəniyyəti formalaşdırmaqdır".

"Qəbul edilən dəyişikliklər Azərbaycan cəmiyyətində daha məsuliyyətli, təhlükəsiz və etik rəqəmsal mühitin formalaşmasına xidmət edən mühüm islahatlardan biridir. Bu addım uşaqların hüquqlarının müdafiəsini gücləndirməklə yanaşı, gələcək nəsillərin informasiya təhlükəsizliyinin təmin olunmasına da töhfə verəcək. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal transformasiya siyasəti insan amilinin, xüsusilə, uşaqların və gənclərin maraqlarının qorunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-humanitar sahədə həyata keçirdiyi layihələr də uşaqların sağlam inkişafı və təhlükəsiz gələcəyinin təmin edilməsinə yönəlib. Milli M

#Cəmiyyət#Qanunvericilik#Uşaq_hüquqları#Mehriban_Vəliyeva#Sosial_media

Oxşar Xəbərlər

Pirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEOCəmiyyət

Pirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEO

Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

11:090
Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?Cəmiyyət

Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?

Ağdaşda bir qrup valideyn övladlarının birinci sinfə qəbulu ilə bağlı yaranmış vəziyyətdən narazıdır.

11:140
Azovda dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri: "Beş dəfə zərbə endirildi" - VİDEOCəmiyyət

Azovda dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri: "Beş dəfə zərbə endirildi" - VİDEO

İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.

10:500
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 09.06.2026Cəmiyyət

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 09.06.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

08:290