
Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO
Sosial şəbəkədə Gəncədə fəaliyyət göstərən özəl bağçalardan birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.
Sosial şəbəkədə Gəncədə fəaliyyət göstərən özəl bağçalardan birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.
Baku TV məsələ ilə bağlı bağça rəhbərliyinin və valideynlərin mövqeyini öyrənmək üçün sözügedən müəssisədə olub.
Valideynlər hadisədən narahat olduqlarını bildirərək müəllim heyətinin dəyişdirilməsini tələb ediblər.
"Bu hadisə bizi ciddi narahat etdi. Mənim oğlum da görüntülərdə yer alıb. Həmin müəllim indiyədək uşaqlarla çox mehriban davranırdı, belə hallarla qarşılaşmamışıq. Bağça rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini istəyirik", - deyə valideynlərdən biri narazılığını ifadə edib.
Bağça rəhbərliyi isə hadisə ilə bağlı müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.
Bildirilib ki, məsul şəxs işdən azad olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəFüzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü
Füzulidə yanğın zamanı tüstüdən zəhərlənən kişi vəfat edib.
Hadisəİsmayıllıda 43 yaşlı kişi itkin düşüb - FOTO
İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
HadisəBakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ
Bakıda körpə ölüb.
HadisəBiləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI: Yaralının son vəziyyəti açıqlandı
Biləsuvarda bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.