
Bahçeli "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli qlobal gərginliyin artdığı bir dövrdə "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli qlobal gərginliyin artdığı bir dövrdə "Dünya Sülh Şurası"nın yaradılmasını təklif edib.
Gundem.today xəbər verir ki, bu barədə MHP-nin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Bahçeli televiziya proqramına göndərdiyi mesajda qeyd edib ki, İslamabadda İran və ABŞ arasında aparılan danışıqların nəticəsiz qalması dünyada sülh üçün təhdid yaradıb.
O bildirib ki, baş verənlər üçüncü dünya müharibəsi ssenarilərinin daha çox müzakirə olunmasına səbəb olub.
Bahçeli BMT-nin baş katibi Antonio Quterreşin çağırışı ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının iştirakı ilə "Dünya Sülh Şurası" mexanizmi çərçivəsində yeni tədbirlərin hazırlanmasını təklif edib.
Onun sözlərinə görə, bu təşəbbüsə Türkiyə ev sahibliyi edə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ İranı dənizdən mühasirəyə alır: Blokadanın başlayacağı vaxt açıqlandı
ABŞ İran limanlarına giriş-çıxış edən bütün gəmilərə tətbiq etməyi planlaşdıran blokadanın vaxtını açıqlayıb.
DünyaTürkiyə Prezident Administrasiyası: "Ərdoğana aid edilən ifadələr həqiqətəuyğun deyil"
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən bəzi ifadələrin həqiqətəuyğun olmadığını açıqlayıb.
DünyaSəudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İraqın krallıqdakı səfiri Sufiya Talib əs-Suheylini ölkə ərazisinə və Fars körfəzi dövlətlərinə qarşı dron hücumları ilə əlaqədar nazirliyə çağırıb.
DünyaNetanyahu "Mossad"a yeni rəhbər təyin etdi
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.