
Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO
Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün ciddi təhlükə yaradıb.
Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün ciddi təhlükə yaradıb.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda yolun hərəkət hissəsində yerləşən lükün açıq vəziyyətdə qaldığı əks olunub.
"Ərazidə təmir işləri aparılsa da, hər hansı xəbərdaredici nişanlar qoyulmayıb. Xüsusilə gecə saatlarında bu vəziyyət sürücülər üçün daha böyük risk yaradır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Gundem.today-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, ərazidə müvafiq qurumun sifarişi əsasında təmir işləri həyata keçirilir.
"Artıq sözügedən lükün önünə müvafiq məlumatlandırıcı və xəbərdaredici nişanlar qoyulub", - deyə A.Nəcəfli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.