
Bakı Dövlət Sirkinin əmlakı qanunsuz satılıb? - AÇIQLAMA - FOTO
"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb".
"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb".
Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu əvvəllər sözügedən sirkdə pəhləvan kimi çalışmış Emin Süleymanov bildirib.
Onun sözlərinə görə, sirk rəhbərliyi fəhlələrə maaş əvəzinə oradakı əmlakı sataraq əldə edəcəkləri pulu götürməyə icazə verib:
"Sirkin direktoru Nahid Ağayev fəhlələrə pul verə bilmədiyi üçün qanunsuz olaraq həmin əmlakın satılmasını tapşırıb. İşçilərə bildirilib ki, əməkhaqlarını satışdan qazanacaqları puldan götürsünlər. Əslində isə sirk ölkə əhəmiyyətli memarlıq abidəsidir və qanunla qorunmalıdır. Bəs bu abidəni necə qoruyurlar? Axı onu bu günə qoymaq olmaz".
İddialarla əlaqədar Bakı Dövlət Sirkinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, Emin Süleymanov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə həyata keçirilib:
"Bununla bağlı prosedurlar qanuni əsaslara söykənib və müvafiq qaydada icra olunub.
Müraciətdə qeyd edilən digər iddialara gəldikdə isə həmin məqamlar aidiyyəti üzrə diqqətlə araşdırılıb, müxtəlif dövlət qurumlarına ünvanlanmış müraciətlər də daxil olmaqla hərtərəfli qiymətləndirilib. Aparılmış araşdırmalar nəticəsində bu iddiaların təsdiqini tapmadığı və obyektiv faktlara əsaslanmadığı müəyyən edilib".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.