
Bakı iyulda mühüm beynəlxalq maliyyə tədbirinə ev sahibliyi edəcək
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclası giriş sözü ilə açan baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin daha da artırılması üçün Azərbaycan Prezidentinin 2023-cü il 28 fevral tarixli 3770 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın, habelə digər tədbirlər planlarının icra vəziyyətinin müsbət qiymətləndirildiyini bildirib.
S.Şərifov əlavə edib ki, müvafiq tədbirlərin davamlılığının təmin edilməsi üçün tezliklə yeni fəaliyyət planının qəbul edilməsi mühüm əhəmiyyət daşıyır.
İclasda ötən il yaradılmış benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyəti ilə bağlı mövcud vəziyyət müzakirə edilib və bu reyestrin fəaliyyətinin təmin edilməsi ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib.
Bundan əlavə, iclasda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı" layihəsi müzakirə edilib. Milli Fəaliyyət Planı layihəsində nəzərdə tutulan bəzi tədbirlərin aidiyyəti dövlət orqanları tərəfindən hələ də razılaşdırılmadığı nəzərə alınaraq, Şura sədri tərəfindən bu prosesin sürətləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.
İclasda, həmçinin bu ilin iyul ayında Azərbaycanın ev sahibliyi edəcəyi "Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının keçirilməsi ilə bağlı" İş planı üzrə görülən işlərə dair hesabat dinlənilib, habelə Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər üzrə müzakirələr aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.