
Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI - VİDEO
Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, "Mercedes Vito" avtomobil ilə "Honda" markalı avtomobil toqquşub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBalakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu
Balakən rayonunda yerin təkindən qanunsuz istifadə edən şəxslər müəyyən olunublar.
HadisəBalakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu - VİDEO
Balakən rayonunda yerin təkindən qanunsuz istifadə edən şəxslər müəyyən olunublar.
HadisəBakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ
Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.
HadisəBakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ - VİDEO
Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.