Son dəqiqə
Avropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edibAzərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEOABŞ nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək? - Ağ Ev QƏRAR VERDİAvtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEOABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzalayıblar
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı həyata keçirilmiş dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırdı
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı həyata keçirilmiş dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırdı
Siyasət

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı həyata keçirilmiş dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırdı

Bu gün
20:24
0 baxış
Paylaş:

Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olub.

Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olub.

Gundem.today xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun bəyanatında yer alıb.

Bildirilib ki, azərbaycanlıların yeganə "günahı" onların milli mənsubiyyəti idi: "Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XX əsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildə pozulmasına məruz qalıblar.

Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntuları kolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlara qarşı törətdiyi vəhşiliklərin təkrarı idi".

Bəyanatda vurğulanıb ki, Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonial təfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayış məkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onların mədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanın monoetnik respublikaya çevrilməsinə xidmət edib:

"Bu xüsusda azərbaycanlıların kütləvi sürgün əməliyyatları 1948-1953-cü illəri əhatə edib və 150 mindən çox azərbaycanlı öz el-obasından didərgin düşüb. Bu aktlar insan talelərində dərin faciələr yaradıb, minlərlə ailəni doğma torpaqlarından ayırıb, ağır köçürülmə şəraiti insanların həyatına, sağlamlığına və sosial vəziyyətinə ağır zərbə vurub.

Eyni zamanda, azərbaycanlılara məxsus tarixi-mədəni irs məqsədyönlü şəkildə silinib, azərbaycanmənşəli toponimlər kütləvi qaydada dəyişdirilib, yaşayış məntəqələri, qəbiristanlıqlar, dini və mədəni abidələr dağıdılıbş və ya özgələşdirilibr. Bu siyasət yalnız insanların fiziki olaraq öz yurdlarından çıxarılması ilə məhdudlaşmayıb, onların tarixi yaddaşının və mədəni izlərinin silinməsini də hədəfləyib.

1987-ci ilin sonlarından etibarən Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib, bunun ardınca Ermənistanda hələ də yaşamaqda olan 250 mindən çox azərbaycanlı zor gücünə öz doğma yurdlarından qovulub. Azərbaycanlıların yaşadığı kəndlərə silahlı hücumlar təşkil edilib, insanlar öz evlərini tərk etməyə məcbur edilib, beləliklə, Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başa çatdırılıb.

Bu proses yalnız azərbaycanlılara qarşı yönəlməyib. Ermənistanın monoetnik dövlətə çevrilməsi siyasəti nəticəsində digər etnik və dini azlıqlar da sıxışdırılıb, onların sayı kəskin şəkildə azalıb. Bu fakt Ermənistanın uzun illər ərzində məqsədyönlü şəkildə bu siyasəti apardığını göstərir. Ermənistan bununla da kifayətlənməyib, Azərbaycanın suveren ərazilərinin 20%-ni işğal edib.

Bu gün Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda Ermənistan cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların və irqçi yanaşmaların hələ də mövcud olması ciddi narahatlıq doğurur. Davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insan hüquqlarına hörmət, ayrı-seçkilik siyasətindən imtina və zorla çıxarılmış insanların hüquqlarının bərpası əsasında mümkün ola bilər", - bəyanatda deyilir.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları institutlarını, BMT-nin müvafiq mexanizmlərini və digər beynəlxalq təşkilatları Ermənistan dövlətinin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçi təfəkkürlü, həmçinin etnik ayrı-seçkilik, dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Bakı_Təşəbbüs_Qrupu_(BTQ)#Ermənistan

Oxşar Xəbərlər

Hikmət Hacıyev çinli nazirlə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq məsələlərini müzakirə edibSiyasət

Hikmət Hacıyev çinli nazirlə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberməkan idarəetmə naziri Çjuan Junvenlə görüşüb.

Bu gün
19:420
Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? - VİDEOSiyasət

Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
17:160
MİQ-ə qatılmaq istəyən müəllimlərin NƏZƏRİNƏ: Ödənişin məbləği müəyyənləşdiSiyasət

MİQ-ə qatılmaq istəyən müəllimlərin NƏZƏRİNƏ: Ödənişin məbləği müəyyənləşdi

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq olunub.

Bu gün
15:480
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edibSiyasət

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

Baş naziri Əli Əsədov Azərbaycandakı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Bu gün
15:420