Son dəqiqə
ABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıbMilli Qəhrəman Albert Aqarunovun doğum günüdürİmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEOSüni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEOAvropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Cəmiyyət

Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO

Bu gün
22:36
0 baxış
Paylaş:

Avtosalondan alınan avtomobil sonradan sahibindən geri alına bilərmi?

Avtosalondan alınan avtomobil sonradan sahibindən geri alına bilərmi?

Paytaxt sakini Natiq Cəfərov iddia edir ki, aylardır ödəniş etdiyi avtomobil indi ondan geri tələb olunur. Səbəb kimi isə nəqliyyat vasitəsinə verilmiş etibarnamənin ləğvi və tərəflər arasında yaranmış mübahisə göstərilir.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

İddialara görə, avtomobil avtosalona satış üçün deyil, yalnız icarə məqsədilə təqdim olunub. Buna baxmayaraq, nəqliyyat vasitəsi üçüncü şəxsə satılıb. Nəticədə yaranmış vəziyyət vətəndaş üçün ciddi problem yaradıb.

"Deməli, təxminən 3-4 ay əvvəl buradan maşın almışam. İlkin ödəniş kimi 5 000 manat vermişəm, 30 ay müddətinə aylıq 600 manat ödəmək şərti ilə götürmüşəm. Altı ay ödəniş etdikdən sonra etibarnaməni ləğv edib maşını geri istəyirlər. Ödənişlərdə heç bir problem olmayıb. Deyirlər ki, maşının əsl sahibi başqasıdır və aralarında mübahisə yaranıb. Mən isə çətin vəziyyətdə qalmışam, nə edəcəyimi bilmirəm. Heç bir kompensasiya da təklif olunmur, üstəlik, avtomobili idarə etmək üçün etibarnaməm də ləğv edilib", - şikayətçi deyib.

Məsələ ilə bağlı avtosalonun sahibi Rüstəm Əlibabayev bildirib ki, hadisə şirkətin keçmiş əməkdaşı ilə bağlıdır. Onun sözlərinə görə, həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluq edib:

"Şirkətimizdə rəsmi işləyən Qulam Məmmədov tərəfindən yeyinti və dələduzluq halları aşkar edildiyi üçün o, işdən çıxarılıb. Hazırda bu fakt üzrə istintaq aparılır. Həmin şəxs 23 avtomobillə bağlı oxşar problemlər yaradıb və nəticədə, bir neçə vətəndaş zərər çəkib".

Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd olunan avtosalonla bağlı vətəndaşların aldadılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dələduzluq_cinayəti#Avtosalon#Daxili_İşlər_Nazirliyi_(DİN)

Oxşar Xəbərlər

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdürCəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

Bu gün
00:010
İmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEOCəmiyyət

İmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEO

Bir ailənin iki övladı, əkiz bacılar Burlaxatun və Banuçiçək buraxılış imtahanlarında göstərdikləri uğurlu nəticələrlə valideynlərini sevindiriblər.

Bu gün
23:480
Süni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEOCəmiyyət

Süni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEO

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.

Bu gün
23:360
Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEOCəmiyyət

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları narahatlıq doğuran mövzulardan birinə çevrilib.

Bu gün
23:000