Son dəqiqə
Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEOXaçmaz yolunun bir hissəsi UÇUB: Təmir nə vaxt başlayacaq? - FOTO - VİDEOTramp əlində avtomatla İranı hədələdi - FOTOYaponiyada naməlum şəxs məktəblilərə və polislərə hücum edib: Yaralılar var - VİDEOMarneulidə 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıbMəktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək
Siyasət

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək

Bu gün
11:42
0 baxış
Paylaş:

30 aprel - 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.

30 aprel - 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.

Gundem.today xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcək. Ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər. Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar foruma qatılacaqlar.

Tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaq.

Həmçinin müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə ediləcək.

Hazırda müstəmləkə idarəçiliyi altında yaşayan gənc nəsil bir sıra ciddi çağırışlarla üzləşməkdədir: milli və mədəni kimliyin zəiflədilməsi, tarixi yaddaşın məhv edilməsi, ana dillərində təhsil, yaradıcılıq və inkişaf imkanlarının məhdudlaşdırılması. Bununla yanaşı, məcburi miqrasiya, sosial bərabərsizlik, yoxsulluq, yüksək işsizlik səviyyəsi, keyfiyyətli təhsilə çıxış imkanlarının məhdudluğu həmin gəncləri siyasi qərarvermə proseslərindən kənarda saxlayır və ölkənin gələcək idarəçiliyindən məhrum edir. Üstəlik, təbii və iqtisadi resursların istismarı əhalinin normal yaşayışına, təhsilə və səhiyyəyə əlçatanlığına ciddi maneə törədir.

Keçmiş müstəmləkə ərazilərindəki gənclər isə bu gün də müstəmləkəçiliyin yaratdığı tarixi, iqtisadi, sosial və ekoloji fəsadların ağır nəticələrini hiss etməkdədir.

Xüsusilə, həyata keçirilən nüvə sınaqlarının ağır təsirləri bu gün də gənc ailələrin sağlamlığını və gələcək nəsillərin rifahını zədələməkdədir. Keçmiş müstəmləkə güclərinin reparasiya, mədəni irs və tarixi dəyərlərin restitusiyası, habelə qanunsuz istismardan əldə edilmiş gəlirlərin kompensasiyası məsələlərindən yayınmaqda davam etməsi Belçika və Niderland nümunəsində müşahidə edildiyi kimi tarixi ədalətin bərpasını ləngitməkdədir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dekolonizasiya_siyasəti#Neokolonializmlə_mübarizə#Bakı_Təşəbbüs_Qrupu_(BTQ)#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)

Oxşar Xəbərlər

Şahin Mustafayev Ermənistanda səfərdədirSiyasət

Şahin Mustafayev Ermənistanda səfərdədir

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.

Bu gün
11:050
Şahin Mustafayev Ermənistanda səfərdədir - FOTOSiyasət

Şahin Mustafayev Ermənistanda səfərdədir - FOTO

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Bu gün
11:050
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTOSiyasət

Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki səfəri ilə bağlı paylaşım edib.

Bu gün
10:240
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşübSiyasət

Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Bu gün
21:040