Son dəqiqə
Avstraliyalı sörfçü dünyanın ən zəhərli meduzasının hücumuna məruz qalıb - FOTOMetroda yaranan problemlə bağlı 21 təcili tibbi yardım briqadası cəlb olunub - Xəsarət alanlar var?Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜMetroda baş verən hadisə ilə bağlı xüsusi ARAŞDIRMA BAŞLAYIB - FOTOİranda fikir ayrılığı kəskinləşir: ABŞ ilə razılaşma ölkəni parçalaya bilərmi?- VİDEOTəhdid xarakterli paylaşım edən Suraxanı məktəbinin şagirdi SAXLANILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Bakı yenidən UFC həyəcanına ev sahibliyi edəcək: Yeni müqavilə imzalandı - FOTO
Bakı yenidən UFC həyəcanına ev sahibliyi edəcək: Yeni müqavilə imzalandı - FOTO
İdman

Bakı yenidən UFC həyəcanına ev sahibliyi edəcək: Yeni müqavilə imzalandı - FOTO

Bu gün
15:32
0 baxış
Paylaş:

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə Gundem.today-a BŞH Əməliyyat Şirkətindən məlumat verilib.

Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə ilk tədbir - "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.

Ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14 000-dən çox tamaşaçını bir araya gətirmişdi. Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olmuşdu.

Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uaytla Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.

"Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir. Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandırlar, - deyə UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt bildirib. - Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda, kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar".

"UFC ilə çoxillik tərəfdaşlığın əldə olunması Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələdir. İlk Avropa Oyunları və "Formula-1" kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksəksəviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir", - deyə gənclər və idman naziri Fərid Qayıbov bildirib.

"Keçən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığımızı genişləndirərək "Fight Night" tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnunuq. Builki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək", - deyə BŞH Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#UFC#UFC_Fight_Night_Baku#Bakı_Şəhər_Halqası#Gənclər_və_İdman_Nazirliyi#Dana_Uayt#Fərid_Qayıbov#MMA#Mütləq_Döyüş_Çempionatı#idman_xəbərləri#Milli_Gimnastika_Arenası.

Oxşar Xəbərlər

"Qarabağ" intizamı pozan Elvin Cəfərquliyevi satışa çıxarıb? - AÇIQLAMAİdman

"Qarabağ" intizamı pozan Elvin Cəfərquliyevi satışa çıxarıb? - AÇIQLAMA

Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı qərar verilib.

Bu gün
15:080
İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADIİdman

İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI

İtaliya vergi orqanları "Formula-1" pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.

Bu gün
13:520
Matviyenko Azərbaycan millisinə məşqçi təyin edildi - FOTOİdman

Matviyenko Azərbaycan millisinə məşqçi təyin edildi - FOTO

Azərbaycanın bədii üzgüçülük komandasına yeni məşqçi cəlb olunub.

Bu gün
12:440
Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxırİdman

Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında xalçaya çıxır

Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada Avropa çempionatında mübarizəyə başlayacaq.

Bu gün
12:320