
Təhdid xarakterli paylaşım edən Suraxanı məktəbinin şagirdi SAXLANILDI
"Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb".
"Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb".
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.
"Məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb, iddiaların əsassız olduğu müəyyən edilib.
Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.
Bakının Suraxanı rayonunda yerləşən 87 nömrəli orta məktəbdə dərslərin müvəqqəti olaraq dayandırıldığı iddia olunub.
Bu barədə Gundem.today-a müraciət daxil olub.
İddialara görə, məktəbin 7-ci sinif şagirdi rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində təhsil ocağının bir neçə gün bağlı qalacağı bildirilib.
Gundem.today-ın sorğusuna cavab olaraq həmin tədris müəssisəsindən bildirilib ki, 18 aprel 2026-cı il tarixində axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.
"Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır", - deyə məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEO
Metrodan istifadə edən bir çox sərnişin hesab edir ki, əl yükünə görə əlavə ödəniş tələb olunmur. Amma ölçü və həcm həddini aşan yüklər üçün müəyyən ödəniş qaydaları mövcuddur.
CəmiyyətSənəd dəyişdirildi, evlər satıldı - VİDEO
Evi ola-ola evsiz qaldığını iddia edir...
CəmiyyətBağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO
Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.
CəmiyyətBakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEO
Baku TV-yə "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında qəza ocaqları və təhlükəsizlik mövzusu müzakirə olunub.