
Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı
Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.
Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb.
İttiham aktındakı yekun protokola əsasən, 1990-cı il təvəllüdlü Osman Quliyev (ad və soyad şərtidir) sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin orada mühafizəçi işləyən zərərçəkmiş şəxs Osmana sərxoş olduğunu və obyektə yalnız ailəli şəxslərin buraxıldığını bildirib. Mühafizəçinin sözlərindən qəzəblənən O.Quliyev İçərişəhərdə yaşadığı evə gedərək iki ədəd mətbəx bıçağı götürüb. O, yenidən mühafizəçinin yanına qayıdıb və yaranmış mübahisə zamanı onun kürək nahiyəsinə bıçaqla zərbə endirərək xəsarət yetirib.
Faktla bağlı Osman Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını qeyd edib. Zərərçəkmiş şəxs də öz növbəsində Osmana qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Osman Quliyev yekun olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAiləsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO
Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
KriminalAzərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı
Göygöldə toy məclisində iki qardaş bıçaqlanıb.
KriminalXəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO
Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.
KriminalAğcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı
Ağcabədi rayonunda qətl hadisəsi olub.