
Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEO
Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...
Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi yaranıb.
Sakinlərin sözlərinə görə, təhlükəli vəziyyət uzun müddətdir davam edir və ərazidə inşa olunmuş evlər üçün ciddi risk yaradır. Xüsusilə, evlərdən biri üçün təhlükə daha böyükdür. Bildirilir ki, bir müddət əvvəl sakinlərin müraciətindən sonra ərazidə bəndləmə işləri aparılıb.
Bu müdaxilədən sonra vəziyyət müvəqqəti olaraq stabilləşsə də, son günlər yağan intensiv yağışlar səbəbindən sürüşmə yenidən aktivləşib.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, güclü yağışlardan sonra Elşən Süleymanov küçəsi, 137/1 ünvanında torpaq qatının dayanıqlığı pozulub və ərazidə uzun illər əvvəl inşa olunmuş fərdi yaşayış evləri üçün sürüşmə təhlükəsi yaranıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilib.
Qeyd olunub ki, daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evi uzun illər əvvəl özbaşına və qanunsuz şəkildə tikilib, bu səbəbdən onun heç bir sənədi yoxdur.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Araşdırma nəticəsində müəyyən olunub ki, ev tikinti norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli ərazidə inşa edilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? - VİDEO
Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcək
Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
CəmiyyətAzyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - VİDEO
Son günlər Türkiyədə baş verən hadisə ölkəmizdə də ictimai müzakirələrə səbəb olub. Xüsusilə, azyaşlının törətdiyi ağır cinayətdən sonra valideynlərin məsuliyyətə cəlb olunması məsələsi suallar doğurur.
CəmiyyətAkademik Zərifə Əliyevanın doğum günüdür
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.