
KİV: Vens Pentaqonun hesabatlarının etibarlılığına şübhə edir
ABŞ vitse-prezidenti Cey. Di. Vens qapalı iclaslarda Pentaqonun İranla müharibə ilə bağlı təqdim etdiyi məlumatların düzgünlüyünü dəfələrlə şübhə altına alıb.
ABŞ vitse-prezidenti Cey. Di. Vens qapalı iclaslarda Pentaqonun İranla müharibə ilə bağlı təqdim etdiyi məlumatların düzgünlüyünü dəfələrlə şübhə altına alıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Atlantic" administrasiyadakı iki yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Vens ABŞ-nin sərəncamında qalan raketlərin həcminin və İranda dağıntıların miqyasının şişirdildiyini düşünür. Lakin o, Pentaqonun Prezident Donald Trampı qəsdən yanıltdığına dair konkret ittihamlar səsləndirməyib.
Mənbələr bildiriblər ki, ABŞ-nin müdafiə naziri Pit Heqsetin optimist açıqlamaları prezidentin eşitmək istədiyi məlumatları təqdim etmək istəyi ilə bağlı ola bilər. "Televiziyada iş təcrübəsi Pitə Trampa necə yanaşmağı və onun necə düşündüyünü anlamağı öyrədib", - deyə Tramp administrasiyasının keçmiş əməkdaşlarından biri bildirib.
Vens isə nəşrə açıqlamasında müdafiə nazirinin fəaliyyətini yüksək qiymətləndirib.
Mənbələrin sözlərinə görə, döyüş meydanındakı real vəziyyət Pentaqon rəhbərliyinin təsvir etdiyi qədər optimist deyil. Nəşrin ixtiyarında olan kəşfiyyat qiymətləndirmələrinə əsasən, İran aviasiyasının üçdə ikisini, raket buraxılış qurğularının böyük hissəsini və Hörmüz boğazında gəmiçiliyə əsas təhlükə yaradan sürətli kiçik katerlərin əksəriyyətini qoruyub saxlayıb. Bundan əlavə, Tehran hər gün yeni buraxılış qurğularını istifadəyə verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKriştianu Ronaldunun effektiv diyeti: Rusiyalı mütəxəssis futbolçunun qidalanmasını dəyərləndirib
Məşhur futbolçu Kriştianu Ronaldunun keçmiş şəxsi aşpazı Corco Barone futbolçunun ciddi pəhriz rejimi barədə məlumat verib. 41 yaşlı superulduz şəkər, süd və undan tamamilə imtina edib. İdmançı karbohidratları əsasən tərəvəzlər vasitəsilə qəbul edir, şam yeməyində isə balıq və ya ət filesi kimi yüngül qidalara üstünlük verir.
DünyaBəhreyndə İranın hücumlarını dəstəkləyən onlarla insan vətəndaşlıqdan məhrum edildi
Bəhreyn hakimiyyəti İranın hərəkətlərinə dəstək verdiklərinə və xarici təşkilatlarla əməkdaşlıq etdiklərinə görə 69 nəfəri, o cümlədən onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib.
DünyaŞri-Lankada 110 kiloqramdan çox narkotik daşıyan buddist rahiblər ələ keçdilər
Şri-Lankanın hüquq-mühafizə orqanları Kolombonun şimalında yerləşən Bandaranaike Beynəlxalq Hava Limanında 110 kiloqramdan çox narkotik vasitə daşıdıqlarına görə 22 buddist rahibi saxlayıb. Bu, aeroportun tarixində qeydə alınan ən böyük narkotik müsadirəsi hesab olunur.
DünyaABŞ Ədliyyə Nazirliyi: "Məxfi Xidmət əməkdaşına kimin atəş açdığı hələ təsdiqlənməyib"
ABŞ Ədliyyə Nazirliyinə rəhbərlik edən, baş prokuror vəzifəsinin icraçısı Todd Blanş aprelin 25-də Ağ Evin rəhbəri Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı ABŞ Məxfi Xidmət əməkdaşına Koul Tomas Allenin atəş açdığını təsdiqləməyib.