
Bakıda boru partladı: Su basan küçə ilə bağlı son vəziyyət - VİDEO - FOTO
Bakı şəhəri, Nəsimi rayonunda su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Bakı şəhəri, Nəsimi rayonunda su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən keçən su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə hazırda qazıntı işlərinə başlanılıb. Su xəttinin təmiri və bərpası istiqamətində işlər görülməkdədir.
Bakı şəhəri, Nəsimi rayonu ərazisində su xəttində baş verən qəza ilə bağlı müvafiq sukanal idarəsi məlumatlıdır.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət olunub.
Bakı şəhəri, Nəsimi rayonu ərazisində boru partlayıb.
Gundem.today xəbər verir ki, bu səbəbdən Cəlil Məmmədquluzadə və Salatın Əsgərova küçələrinin kəsişməsindəki yol sudan keçilməz vəziyyətə düşüb.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Ərazidən görüntüləri təqdim edirik:
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU
Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.
CəmiyyətYaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTO
"Yazın gəlişi bir çox insan üçün xoş əhval-ruhiyyə ilə yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur".
CəmiyyətSuqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADI
Bu gündən Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.
CəmiyyətQəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.