
Bakıda çimərlikdəki qətlin bəzi təfərrüatı bəlli oldu - MƏHKƏMƏ
Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən Mətləb Süleymanlı, Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmovun cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib. Cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən Mətləb Süleymanlı, Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmovun cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib. Cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib.
Hadisə baş verən gün həmin ərazidə təqsirləndirilənlərdən biri Samir Abbasovla birlikdə olan L.A. ifadəsi zamanı vurğulayıb ki, o həmin gün Samir Abbasovla mübahisə edib və əlindəki çanta ilə Samirə zərbə endirib. Şahid ona verilən suallara cavab olaraq vurğulayıb ki, onun bu hərəkətindən sonra Samir Abbasov ona hər hansı bir qarşılıq göstərməyib.
Şahidin ifadəsini qeyri-səmimi qiymətləndirən hakim onun ibtidai istintaqa verdiyi ilkin ifadəsini elan edib. Şahid istintaqa bildirib:
"Mən Samiri əl çantası ilə vurandan sonra o mənə şillə vurdu və mənim ayağım burxularaq yetə yıxıldım. Daha sonra Samir mənim saçlarımdan tutaraq ayağa qaldırdı. Onun bu hərəkətlərini görən ətrafdakı bir neçə nəfər yaxınlaşaraq onun xanıma qarşı etdiyi bu hərəkətlərə görə onu qınamağa başladı. Sonra mən həmin ərazidən uzaqlaşaraq taksi çağırıb getmişəm".
Daha sonra təqsirləndirilən Mətləb Süleymanlının vəkili müvəkkilinin müalicəsi ilə bağlı müəyyən problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırıb. Hakim isə öz növbəsində bu barədə Penitensiar Xidmətə müraciət etmələrini tövsiyə edib.
Növbəti proses mayın 18-nə təyin edilib.
Rəsmi məlumata görə, 2025-ci il iyunun 19-da Bakının Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovu 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirməkdə təqsirli bilinərək istintaqa cəlb edilib.
Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı zamanı daha sonra Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmov cinayətdə iştirakçı kimi istintaqa cəlb olunublar, onların barəsində isə həbs olmayan qətimkan tədbiri seçilib.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalTürkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU
Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.
KriminalQuldurluq etməkdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxundu, biri azadlığa buraxıldı
Tamah niyyəti ilə qabaqcadan əlbir olaraq oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalAğcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı - FOTO
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
KriminalBirgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK
Nəsimi rayonunda birlikdə kirayədə yaşadıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işləri üzrə növbəti məhkəmə baxış iclası olub.