Son dəqiqə
İsmayıllıda zavodda ÖLÜMHindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEOZakir Həsənov italiyalı həmkarı ilə görüşübPrezidentin sosial şəbəkə hesablarında Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıbƏsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
Ordu

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

Bu gün
18:56
0 baxış
Paylaş:

Aprelin 27-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aprelin 27-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi barədə danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularının peşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Azərbaycan_Müdafiə_Nazirliyi#Türkiyə#Azərbaycan_Ordusu#Şəhidlər_xiyabanı#Fəxri_xiyaban#Zəfər_parkı

Oxşar Xəbərlər

Ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıbOrdu

Ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb.

Bu gün
20:080
Hərbi qulluqçularımız Türkiyəyə gediblərOrdu

Hərbi qulluqçularımız Türkiyəyə gediblər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən "EFES - 2026" çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.

Bu gün
21:080
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEOOrdu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.

Dünən
15:120
Ordumuzda snayperlərin bacarıq yarışı: Hərbçilərimiz sərrastlıq nümayiş etdirdilərOrdu

Ordumuzda snayperlərin bacarıq yarışı: Hərbçilərimiz sərrastlıq nümayiş etdirdilər

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.

24 aprel 2026
19:480