Son dəqiqə
Ümumdünya Sağlamlıq Günü qeyd olunurİstanbulda İsrail konsulluğunun qarşısında atışma: Polis əməkdaşları yaralandılar - VİDEO"Turan Tovuz" azarkeşlərinə ŞAD XƏBƏR - Rəsmi qərar an məsələsidirDövlət Vergi Xidmətində YENİ TƏYİNATPezeşkiandan diqqətçəkən paylaşım: "İran uğrunda həyatımı qurban verməyə hazıram"Fransada sürət qatarı hərbi konvoy ilə toqquşub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Hadisə

Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü

Bu gün
11:34
0 baxış
Paylaş:

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Gundem.today-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, Xətai rayon sakini İlham Qasımov VAZ markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 6 və 7 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.

Bildirilib ki, nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.

Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - məlumatda qeyd edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Baş_Dövlət_Yol_Polisi_İdarəsi_(BDYPİ)#Sürücülərin_nəzərinə#Ölüm_hadisəsi#Avtomobil_qəzası

Oxşar Xəbərlər

Gəncədə Türkiyə vətəndaşı BIÇAQLANDIHadisə

Gəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Bu gün
12:070
34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDIHadisə

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.

Bu gün
10:320
Vəlvələçayın axarı dayandı, yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEOHadisə

Vəlvələçayın axarı dayandı, yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO

Qubada Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.

Bu gün
10:361
Tovuzda 19 yaşlı qız OĞURLANDI - Dörd nəfər SAXLANILDIHadisə

Tovuzda 19 yaşlı qız OĞURLANDI - Dörd nəfər SAXLANILDI

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.

Bu gün
10:201