
Tovuzda 19 yaşlı qız OĞURLANDI - Dörd nəfər SAXLANILDI
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Gundem.today-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
HadisəBakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Hadisə34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Ötən gün Samuxda bıçaqlanma hadisəsi baş verib.
HadisəVəlvələçayın axarı dayandı, yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - VİDEO
Qubada Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu tamamilə yararsız vəziyyətə düşüb.