
Bakıda dumanlı havanın SƏBƏBİ AÇIQLANDI
"Bakıda və Abşeron yarımadasında son dövrlərdə dumanlı günlərin sayında ötən illərlə müqayisədə müəyyən artım müşahidə olunur".
"Bakıda və Abşeron yarımadasında son dövrlərdə dumanlı günlərin sayında ötən illərlə müqayisədə müəyyən artım müşahidə olunur".
Bunu Gundem.today-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
"Bu artım həm mövsümi meteoroloji şərait, həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalarla əlaqələndirilir.
Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi, eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına və dumanın yaranmasına şərait yaradır.
Son illərdə müşahidə olunan iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır və ümumi iqlim meylləri çərçivəsində qiymətləndirilir", - deyə G.Abbasova bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.