
Bakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Gundem.today xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və piyadalara müraciət edib.
Müraciətdə bildirilib ki, BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
"Qoşqulu, tentli, iriqabaritli yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər", - deyə müraciətdə vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.
Cəmiyyət"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.
Cəmiyyətİçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO
İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.
CəmiyyətBibiheybət yolunda bərpa işlərinə başlanıldı
İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.