
"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.
Gundem.today xəbər verir ki, bu barədə istehsalat birliyi məlumat yayıb.
Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var.
O, "Azəriqaz" İB-də əmək fəaliyyəti dövründə bir sıra məsul vəzifələrdə çalışıb. 08.08.2024-20.04.2025-ci İllərdə idarəetmə aparatının Əməliyyat modelinin inkişafı və tənzimlənmə departamentinin Biznes proseslərinin təhlili və rəqəmsallaşma şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 21.04.2025-11.01.2026-cı İllərdə Biznes proseslərinin təhlili və analitika departamentinin rəisi vəzifəsini icra edib. 12.01.2026-cı ildən etibarən isə İT və Rəqəmsallaşma departamentinin rəisi vəzifəsində çalışıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər
Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.
CəmiyyətSumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
CəmiyyətÖlkəmizdə İnşaatçılar Günüdür
Bu gün inşaat sahəsində çalışanların peşə bayramıdır.
CəmiyyətXəzər Dəniz Neft Donanmasında YENİ TƏYİNAT
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.