
Bakıda məşhur kafe SÖKÜLƏCƏK - VİDEO
Bakının Xətai rayonu, Zığ şosesi, 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
Bakının Xətai rayonu, Zığ şosesi, 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, görüləcək işlər Bakının Baş planına əsasən həyata keçiriləcək.
Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan "Nargilə" kafesi də var.
Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun genişmiqyaslı abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıblar.
Sakinlər bildirirlər ki, planlaşdırılan söküntülərlə bağlı onlara nə rəsmi məlumat verilib, nə də ev və obyektlərinə görə kompensasiya ödənilib-ödənilməyəcəyi, eləcə də yeni mənzillə təmin olunub-olunmayacaqları barədə xəbərləri var.
Elə ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin əməkdaşları da söküntü işləri ilə bağlı onlarla hələ rəsmi danışığa başlanılmadığını dilə gətiriblər.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO
Bəzən bir qab meyvənin qiyməti ailə büdcəsində ciddi boşluq yarada bilir. Xüsusən də mövsümü hələ tam gəlməmiş məhsullar bazarda od qiymətinə satılır. Görəsən, bu dadın həsrətini çəkməyə dəyər, yoxsa bir qədər də səbirli olmaq lazımdır?
CəmiyyətCəlilabadda toya gedən ailə üzvləri qəzaya düşüblər, ölən və xəsarət alanlar var
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətBəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ
Aprelin 19-20-də Bakıda və Abşeron yarımadasında eləcə də, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.